close
close

Smetanın tərtibi

İnşaat smetası - seçdiyiniz layihə üzrə evin tikintisinin dəyərini müəyyənləşdirmək üçün lazımi sənəddir. Buraya həm materialların, həm də görülən işlərin xərcləri ilə bağlı maddələr daxildir. Mövsüm, bölgə, tikinti materialları təchizatçısından uzaqlıq və s. tikintinin qiymətinə təsir edə bilər. Buna görə də, tikinti zamanı gözlənilməz xərclərin qarşısını almaq üçün smeta sifariş etmək məntiqli addımdır.

Evin tikintisi üçün smeta, podratçının obyektdə işə başlaması üçün lazım olan hesablaşma sənədidir. Tikinti zamanı xərclərin çox hissəsini tikinti materialları və podrat xidmətləri üçün ödənilən məbləğ təşkil edir.

Bakıda ev tikintisi və təmiri üçün smeta

Heç bir ciddi ev tikintisi bu proses üzrə smeta tərtib edilib təsdiqlənənə qədər başlamaz. Bu, tikinti xərclərini yüksək dəqiqliklə hesablamağa, habelə bu və ya digər binanın inşası zamanı vəsaitlərin xərclənməsinə nəzarət etməyə imkan verən məcburi sənəddir. Ancaq ev tikintisi üçün smetanın tərtib edilməsi asan məsələ deyil.

Özəl tikinti briqadaları da daxil olmaqla, heç də hər bir podratçı şirkət bunu xərclərlə bağlı bütün maddələri və gözlənilməz xərcləri nəzərə alaraq  düzgün şəkildə tərtib edə bilir. Bu səbəbdən də, ən güclü tikinti şirkətlərinin öz qiymətləndirmə şöbələri var. Kiçik şirkətlər isə büdcə tərtibi üzrə ixtisaslaşmış ofislərə müraciət edə bilərlər.

Smeta nədir və nəyə görə lazımdır?

Ev inşası üçün smeta maliyyə sənədidir və podratçı şirkətin hansı mülkiyyət formasından çıxış etməsindən asılı olmayaraq evin tikintisi üçün müqavilənin tərkib hissəsidir. Tikinti smetası tərtib edilərkən xərclərin əsas iki kateqoriyası nəzərdən keçirilir:

  • tikinti materialları ilə bağlı xərclər;
  • işin görülməsi ilə bağlı xərclər;

Bakıda ev tikintisi qiymətlərinin hesablanması 

Evin inşası üçün smeta, icra edilən işlərin təsdiq edilmiş cədvələ uyğunluğuna dəqiq nəzarət etməyə imkan verir. Bu isə texniki nəzarət və müəllif nəzarəti baxımından çox rahatdır. Qeyd etmək lazımdır ki, smeta tərtib edilməsi evin inşa prosesində özünü tam olaraq doğruldan və əsaslandıran bir prosesdir. 

Tikinti üçün smeta tərtib etmək müştəriyə işin icrasının bütün mərhələlərini diqqətlə nəzərdən keçirməyə və lazım gəldikdə materialda işin görülməsinə başlamazdan əvvəl düzəlişlər etməyə imkan verir. Bu sənət tikinti şirkəti üçün bürokratiyanı, kağız və elektron sənədlərin nəzarətsiz şəkildə yayılmasını minimuma endirməyə imkan yaradır. Bundan əlavə, layihə və smetaya sahib olan müştəri podratçı təşkilatlar arasında işlərin görülməsi üçün tender keçirmək, gələcəkdə isə işin icra keyfiyyətinə və maddi qonorarın miqdarına nəzarət etmək imkanı qazanır. 

Mənzilin təmiri smetası 

Sahiblər şəxsi evlərinin təmirini planlaşdırarkən müxtəlif xırdalıqlar və nüanslar barədə unudaraq mənzərəni bütöv şəkildə görürlər. Bu isə son nəticədə əlavə xərclərin yaranmasına gətirib çıxarır. Bu səbəbdən də, mənzilin təmiri üçün əvvəlcədən düşünülmüş smeta əlavə lazımsız xərclərdən yayınmağa kömək edəcək. Bəzən smetaya təsir etməməli olan tamamilə bəsit xırdalıqlar son qiymətə kəskin təsir edir. 

Smetanın tərtib edilməsi üçün ilk növbədə təmir işləri aparılacaq məkanın sahəsini hesablamaq tələb olunur. Həmçinin, məkanda divarların sahəsini də hesablamaq lazımdır. Daha sonra, divarlarda ilkin qaralama işlərini hansı material ilə etmək istədiyinizi təyin edin və onun qiymətini hesablayın. 

Smetanın özü təyinatı etibarilə gələcək xərclər planını özündə birləşdirən maliyyə sənədidir. Bununla əlaqədar olaraq mənzillərin təmir smetası müvafiq olaraq qarşıdakı təmir xərcləri üçün bir plandır. Bu təmirin bütün xüsusiyyətlərini nəzərə alaraq smeta tərtib etdikdən sonra təmirin həyata keçirilməsi üçün ehtiyac duyduğunuz məbləği dəqiq olaraq müəyyənləşdirə bilərsiniz. Və əgər büdcənizin çərçivəsindən çıxsanız məhz bu smeta qənaət edə biləcəyiniz yerləri təyin etməyə kömək edəcək. 

SI Bureau-da təmir və inşaat üçün smeta tərtib edilməsi 

Professional konsultasiyaya ehtiyacınız varsa böyük məmnuniyyətlə kömək edərik! Sadəcə bu nömrə ilə bizimlə əlaqə saxlayın +994 50 850 00 08