close
close

SI Bureau istehsalat

Hər bir mebel alıcısı, dəstin yalnız evdəki funksiyalarını yerinə yetirməməsini, həm də orijinal üslubu ilə sahiblərinin fərdiliyini vurğulamasını istəyir. Görünür buna görə sunta materialından hazırlanan korpus mebel bazarında sifarişlə mebel hazırlanması lider mövqeyə sahibdir.

Axı, standart fabrik mebeli müştəriyə fərdi yanaşma təmin edə bilməz. Mənzillərimizdə «formaların orijinallığını» da nəzərə alsaq aydın olur ki, burada vəziyyəti yalnız qeyri-standart dizayn xilas edə bilər. Bir çox mebel iştirakçıları bu cür mebelə tələbatın ən yüksək olduğunu və bazarın bu seqmentində çalışmağın mahiyyətini yaxşı bilirlər.

Bakıda mətbəx mebelinin sifarişlə hazırlanması

Müasir mətbəx mebeli eyni zamanda dəbdəbəli və işlək olduğu kimi, həm də sadə görünüşlü, lakin etibarlı və  uzunömürlü ola bilər. Bu gün istehsalatda daş (qranit, mərmər), taxta, kərpic, polad və s. kimi qiymətli təbii materiallardan istifadə olunur. Mağazalar təbii və yaxud akril daşdan hazırlanmış masa ilə mətbəx mebeli almağı təklif edirlər. Geniş çeşiddə məhsullar orijinal dekor elementləri ilə fərdi sifarişləri həyata keçirməyə imkan verir.

Fərdi sifariş əsasında hazırlanmış mənzillər müasir ev sahibliyinin üstünlük təşkil edən hissələrindən biridir və istehsalçılar isə möhtərəm və hörmətli insanlardır. Şirkətimiz sifariş əsasında mətbəx hazırlayır. Məhsullarımızı analoqlardan fərqləndirən əsas cəhət uzunömürlülüyə çevrilən əla keyfiyyətdir və qiymətlər Bakı və Azərbaycanın əksər sakinləri üçün münasibdir.

Çatdırılma və istifadəyə hazır quraşdırılma ilə mətbəx mebellərinin sifarişini təklif edirik. Hər şey mətbəx üçün – Mətbəx fasadları – Mətbəx üçün masalar – Mətbəx üçün bar masası – Sifarişlə mətbəx üçün çanaq – Hazır çanaqlar. Geniş material və rəng seçimi – NCS - Mina – RAL – TSS  - LDSP Egger – LDSP Kronospan – Süni daş - Güzgü - Şpon. Mətbəx üçün fərdi ölçülərdə mebel, eləcə də bu mebellə əlaqəli aksessuarlar təklif edirik. Özəl müştərilər, dizaynerlər və memarlar üçün xüsusi təkliflərimiz mövcuddur.

Bakıda şkaf-kupe və quraşdırılmış mebellər

Uzun illərdir ki, sevimli müştərilərimiz üçün xüsusi şkaf-kupelər və digər mebel dəstləri hazırlayırıq. «Si Bureau» fabrikində istehsal olunan məhsullar indi müştərilərimizin evlərində və mənzillərində əşya saxlanması və daxili məkanın təşkili məqsədləri üçün xidmət göstərir. Hər sualınızla fərdi qaydada məşğul oluruq. Buna görə də, həm sifariş, həm də standart həllər təklif edirik. Lakin bununla belə istənilən mürəkkəblikdə olan ciddi dizayn layihəsi yaratmağa da hazırıq. Mebel dəstlərinin yaradılması ilə bağlı istənilən tapşırığın öhdəsindən gəlmək iqtidarındayıq!

Bakıda mərmər və qranit istehsalı və satışı

Mərmər məhsullarından bu gün müxtəlif sahələrdə istifadə olunur. Əsas olaraq isə obyektlərin, məkanların inşası və bəzədilməsi zamanı geniş istifadə olunur. Mərmərdən həmçinin heykəllərin yaradılması zamanı da istifadə edilir. Fəvvarə, hovuz və saunalarda döşəmə üzərində örtük olaraq mərmər məhsulları tətbiq olunur. Mərmər ilə bəzədilmə və dekorasiya məkana dəbdəbə ab-havası qatır. Mərmər ilə xarici örtük təsirli, bahalı və effektiv görünür. Mərmər məhsulları memarlıq və interyerlə bağlı tapşırıqları həll etmək üçün uzun müddətdir və uğurla istifadə olunur. Təbii material dekorativ keyfiyyətlərinə görə ondan heç də geri qalmayan süni analoqlarının peyda olmasına baxmayaraq öz populyarlığını itirmir.

Şirkətimiz sərfəli qiymətlərlə istənilən növdə mərmər məhsulları təklif edir. Sifariş əsasında şəxsi kolleksiyamızdan mərmər məhsulları hazırlayırıq. Daşları birbaşa olaraq karxanalardan təslim edirik. Kolleksiyamızda 150-dən çox mərmər növü mövcuddur. Ən müasir rəqəmsal italyan avadanlığı (Donatoni, Denver, Waterjet) ilə həyata keçirdiyimiz böyük istehsalata sahibik. Mərmərdən istənilən məhsulun hazırlanmasını təklif edirik. Məhsullarımız əla keyfiyyətə, dəqiq detallara və qüsursuz quruluşa malikdir.

İnyerter dizaynı zamanı təbii mərmərdən hazırlanan məhsullar müxtəlif dizayn və praktik vəzifələri həll etməyə imkan yaradır. Daş dizayn zamanı əsas və əlavə material kimi istifadə olunur. Müasir mərmər istehsalı müxtəlif örtük elementlərinin istehsalını əhatə edir.

İnteryer dizaynı üçün mərmərdən istifadəyə aşağıdakılar daxildir:

  • Döşəmə və divar üçün nəzərdə tutulmuş mərmər plitələr. Materiallar müxtəlif ölçülərdə, rənglərdə və fakturalarda təklif olunur. Cilalanmış mərmər daha çox populyarlıqla istifadə olunur;
  • İstənilən məkanı bəzəmək iqtidarında olan «əbədi rəsm» adlanan möhtəşəm panellər yaratmaq üçün mərmər mozaika. Belə bir «rəsm» dekorasiyanın ayrıca bir elementi olaraq istifadə oluna bilər. Bununla həmçinin daş divarın və yaxud döşəmənin örtüklərini bəzəmək mümkündür;
  • Kamin üçün örtüklər. Mərmər istiliyə davamlılığı ilə xarakterizə olunur. Bu material, fiziki xüsusiyyətləri və dekorativliyi səbəbindən, demək olar ki, interyerin status elementlərinin, xüsusən də kaminlərin dekorasiyası üçün idealdır;
  • Mətbəx masaları, pəncərə altlıqları. Bu cür mərmər məhsulları sifarişlə iş icra ediləcək məkanın fərdi xüsusiyyətləri nəzərə alınmaqla hazırlanır;
  • Evin daxili əşyaları (daş masalar, heykəlciklər, suvenirlər);
  • Pilləkənin mərmər pillələri evinizin bəzəyinə çevriləcək və zərif zövqün qarşısıalınmaz parlaqlığını yaradacaq;
  • Mərmərdən pəncərə altlıqları interyerin qüsursuz bəzəyi və tam praktiklikdir.

SI Bureau-da mebel, mərmər və qranit istehsalı

Professional konsultasiyaya ehtiyacınız varsa böyük məmnuniyyətlə kömək edərik! Sadəcə bu nömrə ilə bizimlə əlaqə saxlayın +994 50 850 00 08