close
close

Mənzillərin təmiri

Premium təmir və dizayn hər şeydə keyfiyyət deməkdir, xüsusilə də detallarda!

SI Bureau inşaat şirkəti premium təmir bazarında liderlərdən biridir. Şirkətimiz Bakının biznes tipli yaşayış komplekslərində təmir və dizayn üzrə ixtisaslaşmışdır. Əsas olaraq 120 m²-dən böyük mənzillərin təmiri və dizaynı ilə məşğul oluruq. Digər premium təmir təklif edən şirkətlərdə olduğu kimi, bizim də xidmətlərimiz adi təmir briqadalarında olduğundan bahadır. Şirkətin ştatında layihələndirmə üzrə məsul şəxslərin, dizaynerlərin, mühəndislərin və inşaatçıların olması, tikinti materialları təchizatçıları ilə birbaşa əlaqələrin mövcudluğu, təmir işlərində 10 ildən çox təcrübəyə malik olmağımız bizə aşağı qiymət təyin etməyə və işin nəticəsi ilə bağlı 3 il zəmanət verməyə imkan yaradır.

Gördüyümüz işlərə elektrik naqillərinin layihələndirilməsi, santexnika borularının dəyişdirilməsi, döşəmələrin yenilənməsi, otaqların, qeyri-yaşayış sahələrinin dekorasiyası və digər tədbirlər daxildir. Müqavilə imzalanmazdan əvvəl ümumi həcm ilə bağlı razılıq əldə edəcəyik və özümüz bütün lazımi materialları alacayıq. Sizdən isə sadəcə nəticəni qəbul edib etməmək tələb olunacaq.

Sərfəli əməkdaşlıq şərtlərinə və təmir-bəzək işlərinə kompleks yanaşmaya zəmanət veririk. Şirkətimiz təmir prosesini və köhnə, yaxud yeni mənzilin yenidən bəzədilməsini həyata keçirməyə hazırdır. Ümumi sahə, dizayn layihəsinin çətinlik dərəcəsi və obyektin yerləşmə xüsusiyyətləri heç bir əhəmiyyət daşımır. Bizimlə müqavilə bağlayaraq nəinki mənzilinizin yenidən qurulmasını mütəxəssislərə həvalə edirsiniz, həmçinin 1 m2 üçün sərfəli qiymət seçmiş olacaqsınız.

Bakıda mənzillərin istifadəyə hazır təmiri

Bakıda mənzillərin istifadəyə hazır təmiri. Mənzilin təmiri həyat keyfiyyətini yaxşılaşdırmaq və sakinlərin təhlükəsizlik dərəcəsini artırmaq məqsədilə məkanın əsaslı və yaxud kosmetik yenilənməsi üzrə tədbirlər toplusudur. Görülən işlərə yenidənqurma, naqillərin dəyişdirilməsi, bəzək, su təchizatı, kanalizasiya və istilik sistemlərinin dəyişdirilməsi və yaxud mühəndis-kommunikasiya sistemlərinin sıfırdan çəkilməsi daxildir. Yaşadığınız məkanı təmir etmək arzusundasınız? Şirkətimizdən Bakıda mənzillərin keyfiyyətli və ucuz olmaqla sıfırdan təmirini sifariş edə bilərsiniz.

Ustalarımız müştərinin istəyi əsasında artıq icrasına başlanılmış layihəni yekunlaşdıra bilərlər. Təmirin hər bir növü üçün xidmətlərin siyahısına aşağıda nəzər sala bilərsiniz. Obyektin parametrləri və işin təxmin edilən həcminə əsaslanaraq dəyəri özünüz hesablaya bilərsiniz. Ətraflı smeta tərtib edilərkən plana düzəlişlər, əlavələr və yaxud ixtisarlar edilə bilər.

Yeni tikili və yaxud ikinci dərəcəli binalarda mənzilləri təmir edirik, həmçinin daşqından sonra obyektləri bərpa edirik. Ayrı-ayrılıqda dəhlizin, mətbəxin, eyvanın, lodjiyanın, kombinə edilmiş vanna otağının, vanna otağının və ya tualetin təmirini sifariş edə bilərsiniz. Dizaynerlər interyer dizayn ilə bağlı moda yeniliklərini izləyirlər və peşəkar proqramlardan istifadə edərək məkanın uğurlu dizayn konsepsiyasını yaradırlar.

3D vizual görüntü sayəsində məişət texnikası, santexnika, mebel və enerji təchizatı şəbəkəsinə qoşulma nöqtələrini istifadəçi üçün rahat yerlərdə düzgün şəkildə yerləşdirmək mümkün olur. Müştərinin istəyi ilə evin daxili əşyalarının yerləşdirilməsinə və məkanın erqonomikası və təhlükəsizlik tələbləri nəzərə alınaraq çətin avadanlıqların quraşdırılmasına kömək edirik.

Bakıda mənzil təmirinin qiyməti nə qədərdir? 

Təmirin qiyməti işin mürəkkəbliyindən, məkanın xüsusiyyətlərini dəyişdirmək ehtiyacından və seçilmiş materiallardan asılıdır. Razılaşaq ki, yenidən qurulmuş plan ilə avro təmir qiymət baxımından yalnız divar kağızının yeniləndiyi və laminatın dəyişdirildiyi kosmetik təmir ilə müqayisə edilə bilməz.

Dəqiq məbləği yalnız smeta tərtib edildikdən sonra demək mümkündür. Lakin məyus olmağa tələsməyin! Düzdür, məbləği hesablayan şəxsləri çağırmaq üçün vaxt sərf etməli olacaqsınız, ancaq bu, vaxtınızı boş yerə itirməyiniz demək deyil.

Obyektlərə şirkətimizdən “menecerlər” deyil, obyektin vəziyyətini peşəkarcasına qiymətləndirməyi, bütün istəklərinizi nəzərə almağı, təmir ilə bağlı müxtəlif variantlar təklif etməyi, müasir texnologiyalar barəsində danışmağı və cavab tapmaq istədiyiniz bütün suallara cavab verməyi bacaran təcrübəli inşaat mühəndisləri yollanır. Və ən xoş cəhət bütün bunların tamamilə pulsuz olmasıdır! Daha doğrusu, belə bir ziyarət nəticəsində yalnız smeta deyil, həm də evinizin daha da rahat olmasına kömək edəcək zəngin məlumat əldə edəcəksiniz.

SI Bureau-da mənzillərin təmiri xidmətləri

Professional konsultasiyaya ehtiyacınız varsa böyük məmnuniyyətlə kömək edərik! Sadəcə bu nömrə ilə bizimlə əlaqə saxlayın +994 50 850 00 08