close
close

Mənzilin interyer dizaynı

Mənzilin interyer dizaynı – yalnızca dəbə olan rəğbət deyil, həmçinin onun sahiblərinin zövqünü və həyat tərzini, gözəllik, harmoniya, nizam-intizam barədə fikirlərini əks etdirən bir güzgüdür.

Bakıda interyer dizayn xidmətləri 

Yeni bir evdə məskunlaşarkən və yaxud əsaslı təmir planlaşdırarkən hətta kiçik büdcə ilə də interyerin sonda görmək istədiyimiz bütün elementlərinin müəyyən üslubu və ahəngi barədə düşünürük. Mənzilin düşünülmüş və müasir interyeri rahatlıq, inam hissi, insanın özünü və ümumilikdə həyatı yeni formada dərk etməsinin formalaşmasıdır. 

İnteryer dizaynı: xidmətlərin dəyəri

İnteryer dizaynı dizayn layihəsi formasında həyata keçirilir. Şirkətimizdə tam dizayn layihəsi eskiz və işçi layihədən ibarətdir. Layihənin icra müddəti əsas olaraq sifarişçi ilə sıx əməkdaşlıqdan, işin müxtəlif mərhələlərində layihəni nə qədər tez və uğurla təsdiq etməsindən, həmçinin materialların, avadanlıqların və digər məsələlərin razılaşdırılma sürətindən asılıdır. 

Kiçik mənzilin interyer dizaynı

Kiçik otaqlar üçün yaxşı dizaynın açarı açıq rəng çalarlarından istifadə etməkdir. Bu cür yüngül rənglər təmizlik və qonaqpərvərlik duyğusu yaradır. Siz yalnız ağ deyil, bej, çəhrayı və sarı rənglərinin çalarlarını da seçə bilərsiniz. Əlavə dərinlik yaratmaq üçün vurğu divarı (parlaq divar kağızları və yaxud cəsarətli rəng ilə boyama) barədə də düşünün. Tünd və iri yumşaq mebel işığı udur və genişlik hissini boğur, açıq rəngli mebel isə əksinə hətta böyük ölçülərə malik olsa da demək olar ki, görünməzdir.

Bununla belə, şəffaf şüşədən, parlaq və metal dekor vasitələrindən, ekoloji təmiz materialdan və parlaq tekstildən istifadə etməyi düşünün. Həmçinin divanları standart olaraq divar boyunca yerləşdirmək lazım deyil. Əvəzində məhz sizin məkanınıza uyğun gələn və bütün ehtiyaclarınıza cavab verən yeni yerdəyişmə variantları barədə düşünmək daha yaxşı olardı.

Üçotaqlı mənzilin interyer dizaynı

Üçotaqlı mənzilin sahib olduğu kifayət qədər böyük ərazi tərzli və gözəl interyer yaratmaq üçün demək olar ki, istənilən ideyanı həyata keçirməyə icazə verir. Belə bir ərazidə hər metr uğrunda mübarizə aparmaq əvəzinə meydanı fantaziya və yaradıcı təxəyyülə vermək mümkündür. Üçotaqlı mənzil sahibləri nəinki gözəl interyerə sahib olmağa can atır, həmçinin bütün ailə üzvlərinin özünü maksimum dərəcədə rahat hiss edə biləcəyi rahat və harmoniya dolu bir mənzilə sahib olmaq istəyir.

Böyük mənzillərin dizayn edilməsi

Dörd və beş otaqlı mənzillər sakinlərin təsəvvürü, yaradıcı ideyaları və təxəyyülləri üçün çox geniş bir sahədir. Bəs ailənin hər bir üzvünün məkanın ideal dizaynı ilə bağlı öz ideyası varsa nə etməli? Geniş mənzilin dizayn xüsusiyyətləri çoxdur. Bir çox otaq olduğundan, mətbəx və qonaq otağı ilə yanaşı digər otaqlar da seçilmiş funksional məqsədə uyğun olaraq fərdi şəkildə təchiz edilir.

Dupleks mənzillərin dizayn edilməsi

Dupleks mənzil xüsusi dəbdəbə və zəngin insanların həyat tərzidir. Böyük məkan interyerin funksionallığına və gözəlliyinə xələl gətirmədən lazım olan hər şeyi istədiyiniz kimi rahat şəkildə yerləşdirməyə imkan yaradır. Əvəllər studiya tipli mənzil sahiblərinə qənaətcil mənzil sahibləri sırasında rast gəlmək olurdu. Bu gün isə studiya tipli mənzillər ev növü deyil, həyat tərzidir. Bənzər planlaşdırma ilə geniş sahəsi, hündür tavanları və panoramalı şüşələri olan biznes və elit tipli evlərdə də qarşılaşmaq mümkündür. Studiya dizayn ideyalarını və yaradıcı həlləri sınaqdan keçirmək üçün böyük bir sahəyə çevrilib.

Böyük ailə, həmçinin qonaqlar iki mərtəbəyə sərbəst şəkildə yerləşəcəklər. Lakin böyük sahə və evdə pilləkənin mövcudluğu yaşayış sahəsinin artıq bir şeyə sahib olmaması və interyerin hər bir elementinin özünün ciddi təyin olunmuş funksiyasını yerinə yetirməsi üçün çox düzgün layihələndirmə tələb edir. Lakin ümumiyyətlə bu cür layihələr dizayn baxımından çox maraqlı olmaqla yanaşı, ev sahiblərinə fərqli məkan hissi yaşadır.

Penthouse dizaynı

Əksər hallarda, penthouselar bütün bir mərtəbəni (və ya bir neçə mərtəbəni) əhatə edir, dama öz giriş və çıxışlarına, bir çox pəncərəyə və yüksək tavanlara malik olur. Buludların yaxın olması və çox miqdarda günəş işığı penthouse-un dizaynına öz düzəlişlərini edir. Bəzi insanlar sadə və sərbəst məkanlarda yaşamağa meyl etdiyi bir vaxtda, bəzi insanlar isə rahat zonalara və yaxud ayrı otaqlara sahib olmağa üstünlük verir. Əksər hallarda, penthouselar bütün bir mərtəbəni (və ya bir neçə mərtəbəni) əhatə edir, dama öz giriş və çıxışlarına, bir çox pəncərəyə və yüksək tavanlara malik olur. Bu mənzillərin içərisi də adi yaşayış məkanlarından fərqlənir. 

SI Bureau-da interyer dizayn xidmətləri

Professional konsultasiyaya ehtiyacınız varsa böyük məmnuniyyətlə kömək edərik! Sadəcə bu nömrə ilə bizlə əlaqə saxlayın +994 50 850 00 08