close
close

Fərdi yaşayış evlərinin layihələndirilməsi 

Bir evin inşasına başlamazdan əvvəl onun memarlıq layihəsini yaratmaq lazımdır. Düşünülmüş və diqqətlə təsdiqlənmiş layihə mövcud olduğu təqdirdə evin inşası da uğurla nəticələnəcək, içərisində həyat isə daha rahat olacaqdır. Müştərilərimizə onların konkret ehtiyac və istəkləri əsasında evlərin və kotteclərin fərdi layihələndirilməsi, həmçinin istənilən çətinlikdə kotteclərin layihələndirilməsi kimi faydalı və vacib xidmətlər təklif edirik. 

Fərdi layihə əsasında tikinti hazır layihə üzrə evin və yaxud kottecin inşasından daha bahalıdır. Lakin bununla yanaşı, müştəri, ehtiyacları və ailə üzvlərinin sayı da nəzərə alınmaqla hər zaman sahib olmaq istədiyi bir mənzilə sahib olur. Bundan əlavə, fərdi layihənin məqsədəuyğun şəkildə hazırlanması və inkişaf etdirilməsi müəyyən zaman tələb etdiyindən inşaatın müddəti bir qədər uzanacaqdır.

Evlərin və kotteclərin fərdi dizaynına yalnızca gələcək evin eskizinin (eskiz layihəsi) yaradılması deyil, həm də konstruktiv hissənin, mühəndis sistemlərinin quraşdırılması planının da yaradılması daxildir. Məhz buna görə də ev və kotteclərin fərdi layihələndirilməsi hazır standart layihə seçimi və onun yekunlaşdırılmasından daha çox zaman tələb edir. Layihənin konstruktiv hissəsi evin bütün konstruktiv elementlərinin yaradılması, binanın bütün elementlərinin və qovşaqlarının, həmçinin konstruktiv xüsusiyyətlərinin təsvir edilməsidir. Layihənin bu hissəsi inşaat işlərinin düzgün və səhvsiz həyata keçirilməsi üçün çox vacibdir.

Bakıda villa, bağ evləri və kotteclərin layihələndirilməsi 

Ev və kotteclərin layihələndirilməsi ilk növbədə fərdi layihələndirilmədir. Tipik layihə bütün amilləri nəzərə ala bilməz. Fərdi layihələndirilmə cari vəziyyət və iqtisadi kontekstən doğan tapşırıqları, zövqünüzə uyğun seçim və funskiyaları, relyef və ərazinin formasının xüsusiyyətlərini, ərazinin və otaqların günəş ilə işıqlanmasını, küləyin gücü və yeraltı suların səviyyəsini, iqlim xüsusiyyətləri və qonşuların dostluq anlarını nəzərə alır. Bütün bunların son nəticəsi ən yüksək səviyyədə şəxsi rahatlıq, zövqünüzün və həyat tərzinizin dəqiq əks olunmasıdır.  

Layihələndirmə mərhələləri 

Villa, bağ evləri layihələndirilməsi zamanı ən son məqsəd razılaşma və tikintinin həyata keçirilməsi üçün lazım olan sənədlər paketinin hazırlanmasıdır. Bununla belə, peşəkar bir memar üçün yalnız texniki cəhətdən savadlı deyil, həmçinin müştərinin gözləntilərinə tam cavab verən estetik cəhətdən özünəməxsus həll yaratmaq vacibdir. 

Evlərin fərdi layihələndirilməsi evin layihəsinin “sıfırdan” yaradılmasıdır. Bir evin layihəsini yaradarkən işi ardıcıl olaraq bir-birinin ardınca həyata keçirilən mərhələlərə bölmək mümkündür.

İlkin memarlıq eskiz layihəsi 
İlkin memarlıq eskiz layihəsinə mərtəbələrin və 4 fasadın planlaşdırılması, arakəsmə, damın planı, evin 3D şəkilləri aiddir.
İş sənədlərinin memarlıq və tikinti bölməsi 
İş sənədlərinin memarlıq və tikinti bölməsi dedikdə təməldən dama qədər tikinti materiallarının xüsusiyyətləri də daxil olmaqla bütün çertyojlar aid edilir.
Evin daxilindəki şəbəkənin iş sənədlərinin mühəndis bölmələri
Evin daxilindəki şəbəkənin - su təchizatı, kanalizasiya, istilik, elektrik avadanlığı - iş sənədlərinin mühəndis bölmələri. 

Kotteclərin, villa və bağ evləri layihələndirilməsi 

«SI Bureau» şirkəti istənilən mürəkkəblikdə olan villa, bağ evləri tam memarlıq layihələndirilməsi xidmətləri göstərir. Hazırda bu Bakıda ən çox tələb olunan xidmətdir. Bu xidmət özlüyündə məkanın formalaşdırılmasına, obyektlərin modelləşdirilməsinə yönəlmiş yaradıcı və eyni zamanda texniki və mühəndislik prosesidir. Bu unikal bir fenomendir, bunun nəticəsində sözlərinizə və istəklərinizə əsasən əvvəlcə evin görüntüsü, sonra isə onu həyata keçirmək üçün müəyyən bir təlimat yaranır.

SI Bureau-da evlərin, malikanələrin və villaların layihələndirilməsi

Professional konsultasiyaya ehtiyacınız varsa böyük məmnuniyyətlə kömək edərik! Sadəcə bu nömrə ilə bizimlə əlaqə saxlayın +994 50 850 00 08