close
close

Eksteryer dizayn

Hər birimiz digərlərinin fonunda fərqlənəcək ev istəyirik, lakin eyni zamanda onun, ətraf və onu əhatə edən ərazi ilə uyğunlaşmasını da arzu edirik. Eksteryer dizayn prosesi olduqda çətin ola bilər. Belə ki, rəngləri, materialları seçmək, forma və xəttləri balanslaşdırmaq lazımdır. Bu iş yeni başlayan dizaynerlər üçün deyil.

Nə vaxtsa evin xarici görünşünü nəyin cəlbedici etdiyi barədə düşünmüsünüzmü? Nəyə görə küçədə bəzi evlər sizi ayaq saxlamağa və gözəlliyinə heyran olmağa vadar edir? Böyük ehtimalla bu möhtəşəm evlər dizayn edilərkən dizaynın bir neçə açar prinsipləri nəzərə alınmışdır. Bəli, istər interyer, istərsə də Eksteryer dizayn zamanı son nəticə göz oxşasın deyə bir neçə sadə dizayn qaydasına riayət etmək mütləqdir.

Bakıda Eksteryer dizayn xidmətləri

Müasir Eksteryer dizayn əvvəlki dövrlərin klassik nümunələrindən bir qədər fərqlənir. Bugünkü istehlakçı bir tərəfdən maksimum texnoloji avadanlıqların, digər tərəfdən isə maksimum ekoloji, yəni kondisioner sistemləri üçün xüsusi avadanlıqların, enerjiyə qənaət edən elementlərin və s.nin olmasını arzu edir.

O bununla yanaşı, öz ərazisində su obyektlərinin, bağ və meşələrin, mümkün olduğu təqdirdə dağın da olmasını istisna etmir. Əlbəttə, xarici və interyer dizaynın vəhdəti barədə ayrıca götürülmüş bir mənzilin nümunəsində deyil, bütöv, hətta çox böyük bir evin nümunəsindən istifadə edərək danışmaq daha məqsədəuyğundur.

Exteryer, yəni Eksteryer dizayn anlayışına yalnızca memarlıq deyil, landşaft da daxildir. Memarlardan biri layihədə əlavə olaraq landşaft dizaynı ilə məşğul olur, bəzən isə ladşaft dizaynerinin xidmətlərindən istifadə etmək ehtiyacı yaranır.

Yaşayış evinin Eksteryer dizaynı

Evin interyeri ilə harmoniya təşkil edən Eksteryer dizayn binanın özünəməxsus görünüşünü yaradacaqdır. Eksteryer dizayn yalnızca fasad deyil, həm də ahəngdar şəkildə vahid konsepsiya ilə uyğunlaşmalı olan ətraf ərazidir. Məişət rahatlığınız hələ evə girməzdən əvvəl başlaya bilər. Evinizin Eksteryer dizaynını peşəkarlara həvalə edin və eviniz tamamilə yeni bir görkəm alacaq.

İctimai binanın xarici görünüşü 

Hər hansı təşkilat, restoran, otel və yaxud mağazanın yerləşdiyi binanın xarici görünüşü də adı çəkilən məkanların interyeri qədər təəssüratlar yaradır. İlk təəssüratın ümumiyyətlə ən güclü olduğunu nəzərə alsaq, bəlli olur ki, hətta kommersiya uğuru binanın xarici görünüşündən və ətrafdakı ərazidən də asılı ola bilər.

Studiyamızın mütəxəssisləri unikal fərdi exteryer dizayn yaradacaqlar. Sözügedən bu xidmətin dəyəri işin həcmindən asılı olaraq dəyişəcək. İstənilən çətinlikdə olan layihəni öhdəmizə götürər və onu ağlabatan bir müddət ərzində həyata keçirərik! 

«SI Bureau» şirkətinin Bakıdakı əsas ixtisaslaşdığı sahə mənzil və evlərin, townhouse-ların, kotteclərin, ofislərin və dəbli, rahat və funksional olmasını arzu etdiyiniz digər məkanların interyer dizaynıdır.  Dizaynerlərimizin zəngin təcrübəsi və inanılmaz yaradıcılıq potensialı məkanın xüsusiyyətləri və sifarişçinin istəkləri nəzərə alınmaqla yüksək texnoloji, klassik, avanqard, müasir, minimalist və s. kimi istənilən tərzdə original interyer dizayn layihələri yaratmağa imkan verir. 

Tərəfimizdən yaradılan istənilən interyer öz unikallığı ilə seçilir və məkan sahiblərinin tərzini və xarakterini əks etdirir. Dizayn layihəsinin qiymətinə layihələşdirilən məkanın sahəsi ilə yanaşı, tələb olunan xidmətlərin sayı kimi amillər də təsir edir. 

SI Bureau-da Eksteryer dizayn xidmətləri

Professional konsultasiyaya ehtiyacınız varsa böyük məmnuniyyətlə kömək edərik! Sadəcə bu nömrə ilə bizimlə əlaqə saxlayın +994 50 850 00 08