close
close

Ağıllı ev

SI Bureau, ev avtomatlaşdırma sistemlərinin tətbiqi üzrə geniş xidmətlər təklif edən şirkətdir. Komandamız mühəndis sistemləri sahəsində yüksək ixtisaslı mütəxəssislərdən ibarətdir. Müxtəlif çətinlik səviyyələrində olan ev sahələrinin avtomatlaşdırılmasına hərtərəfli yanaşma təklif edirik.

Müxtəlif texnoloji yeniliklərin yaranması ilə insan həyatı məişətdə maksimum rahat və asan hal alır. Müasir texnologiyalar evi işıqlı, isti və müxtəlif mühəndis sistemləri ilə təchiz edir ki, bəzən bu sistemləri idarə etmək üçün zamana və hətta xüsusi biliklərə sahib olmaq lazım gəlir.  «Ağıllı ev» evin bütün texniki sistemlərini vahid halda birləşdirir və onları idarə etməni sadə və rahat edir. Özündə su və qaz sızması, yanğından mühafizə üzrə təhlükəsizlik siqnalları və videomüşahidəni birləşdirən təhlükəsizlik sistemi sayəsində harada olmağınızdan asılı olmayaraq evinizi tam olaraq idarə edirsiniz.

Bakıda Ağıllı ev sisteminin quraşdırılması

«Ağıllı ev»-in digər üstün cəhəti onun yalnızca həyatınızı rahat etməsi deyil, həm də resurslara qənaət etməsidir. Küçədə temperatur dəyişdiyi zaman sistem özü istiliyi enerjiyə qənaət rejiminə keçirəcək, yaxud da tamamilə söndürəcək, otaqda olmadığınız zaman işığı, televizoru və yaxud musiqini də söndürəcək. Evdən çıxarkən elektrik cihazlarını söndürməyi unudub unutmadığınız barədə artıq narahat olmayağa ehtiyac yoxdur. Belə ki, mobil telefonunuzdan sistemə daxil olmaq və yalnızca bir düyməyə basaraq bütün elektrik cihazlarını söndürmək kifayət edir.

Evinizi yaşayış üçün təhlükəsiz, etibarlı, rahat və sözün əsl mənasında müasir edə bilərik. «Ağıllı ev» texnologiyaları həyatınızı yaxşılığa doğru dəyişəcəklər. Əlaqə telefonumuza zəng edərək «Ağıllı ev» sistemi sifariş edə bilərsiniz. «Ağıllı ev» sisteminin vəzifəsi avtomatlaşdırma və nəzarət vasitəsi ilə binanın bütün həyati dəstək cihazlarını idarə etməyin səmərəliliyini və etibarlılığını artırmaq, sakinlərinə mümkün qədər sərbəst vaxt imkanı yaratmaqdır.

«Ağıllı ev» Bakıda qiyməti

«Ağıllı ev», sakinlərinin təhlükəsizliyi, kənar müdaxilələrdən qorunma, qapı və darvazaların, təhlükəsizlik və yanğın həyəcan siqnallarının avtomatlaşdırılması, elektrik cihazlarının söndürülməsinə və su və qaz sızmasına nəzarət, qəza vəziyyətindən, həyəcan siqnalları və tənzimləmə rejimlərinin pozulmasından qorunma deməkdir. Sahiblər evdə olmadıqda sistem evdə baş verən hadisələri tanımağı və onlara düzgün reaksiya verməyi bacarmalıdır.

«Ağıllı ev» evdə, hovuzda və qış bağında optimal iqlim şəraitinə diqqət yetirəcək və fövqəladə halların qarşısını alacaqdır. Sistem, hər bir məkana rahat temperatur təyin etməyə, kimsə otaqda olanda kondisioneri yandırmağa və boş otaqda enerjiyə qənaət rejiminə keçməyə, ozonasiya və ionlaşma avadanlığına havanı oksigenlə zənginləşdirməyə imkan verir.

Audi və video paylayıcı sistemləri multiroomdan istifadə edərək böyük bir evdə rabitə problemini həll edə, evdə və ərazidə quraşdırılmış müşahidə kameralarından görüntüyə nəzarət edə, sistemə qoşulmuş istənilən məkanda musiqi dinləyə və video izləyə bilərsiniz.

SI Bureau-da «Ağıllı ev» sisteminin quraşdırılması

Professional konsultasiyaya ehtiyacınız varsa böyük məmnuniyyətlə kömək edərik! Sadəcə bu nömrə ilə bizimlə əlaqə saxlayın +994 50 850 00 08