close
close

Təmiri nə vaxt etmək lazımdır?

15 Mart 2020 801 baxış sayı
Paylaş:
  • Təmiri nə vaxt etmək lazımdır?
  • Təmiri nə vaxt etmək lazımdır?
  • Təmiri nə vaxt etmək lazımdır?
  • Təmiri nə vaxt etmək lazımdır?

Digər məqalələr

Təmiri nə vaxt etmək lazımdır?

Təmiri nə vaxt etmək lazımdır? 

Təmir asan bir iş deyil və uzun müddət çəkə bilər. Buna görə də baş verə biləcəkləri nəzərə almaq, hər şeyi tez etmək və nəticədən zövq almaq üçün təmiri əvvəlcədən planlaşdırmaq daha məqsədəuyğundur. İlk olaraq, təmiri hansı fəsildə edəcəyinizə qərar vermək daha yaxşıdır.

Bu bir neçə amillərdən asılıdır:

  • Boş vaxt. Məzuniyyətə nə vaxt yollanacağınızı bilmək vacibdir, xüsusən də mənzilinizi özünüz yeniləmək istəyirsinizsə. Təmir-tikinti briqadasını işə cəlb edə bilərsiniz, lakin bu halda işçilərə nəzarət etmək və daim əlaqə saxlamaq ehtiyacı yaranacaq. Çünki heç iş düşünəcək halda olmayacasınız;
  • Büdcə. Təmir işlərinə nə daxil olacağına qərar verdikdən sonra xərcləri hesablamalısınız. Vəsaitləriniz kifayət etmirsə, lazımi məbləği nə vaxt toplaya biləcəyinizi müəyyənləşdirin və təmiri həmin dövr üçün planlaşdırın. 

Təmiri qışda, yaxud yayda etmək lazımdır? 

Boş vaxt və vəsait təmir işlərinə dərhal başlamaq üçün kifayət edirsə həlledici ola biləcək vacib nüanslara diqqət yetirin. İlin hansı fəslində təmir etməyin daha yaxşı olduğunu anlamaq üçün hər iki fəslin üstün cəhətlərini nəzərdən keçirək:

1. Yaz-yay.

  • Günlər uzundur. Bu dövrdə hava gec qaralır, bu isə o deməkdir ki, daha çox iş görmək mümkündür, xüsusən də işlər evin xarici ilə bağlıdırsa. Daxili təmir zamanı da təbii işıq süni işıqdan daha effektivdir. Təbii işıq sayəsində nahamar hissələr, aşkar edilməsi və düzəldilməsi asan olan digər qüsurlar daha yaxşı görünür. 
  • Küçədə hava istidir. Əgər fasadın təmirini və yaxud evin kənarında hər hansı digər işləri planlaşdırırsınızsa bu çox vacib amildir. Ustalar soyuqda işlədikdə, isinmək üçün tez-tez fasilə verməli olacaqlar ki, bu da təmir müddətini xeyli uzadır. Bəzi iş növləri isə prinsipcə mənfi temperaturlarda qeyri-mümkündür. 
  • Bağ mövsümü. Təmir olunan mənzildə yaşamaq heç də rahat deyil. Toz, yapışqan və boya qoxusu nəinki əşyaları korlaya, habelə insan sağlamlığına da zərər vura bilər. Yaz və yay aylarında müvəqqəti olaraq bağ evinə köçmək olar. Bununla özünüzün və əmlakınızın təhlükəsizliyinizi təmin etməklə yanaşı, mənzil kirayəsi ilə bağlı da qənaət edə bilərsiniz.
  • İstilik sistemi söndürülür. Bu dövr batareya və boruların əvəzlənməsi üçün əlverişlidir. 

2. Payız-qış.

  • Təmir mövsümü deyil. Bu dövrdə tikinti və bəzək materialları əhəmiyyətli dərəcədə ucuzlaşır, çünki məlum səbəblərə görə satış zirvəsi iyun-avqust aylarına təsadüf edir. Xərclərinizin az olmasını arzu edirsinizsə bundan daha yaxşı vaxt tapa bilməyəcəksiniz. 
  • Payız-qış mövsümündə xidmətlərinə tələbat azaldığından işsiz tikinti briqadasına çox rast gəlinir. Bu səbəbdən də onlar qiymətləri endirdiyinə görə çox baha olmayan keyfiyyətli təmir əldə etmək şansınız yaranır.