close
close

SI Bureau

«SI Bureau» şirkətinin mütəxəssisləri Bakı və Azərbaycanda sərfəli qiymətlərlə hərtərəfli interyer dizaynın yaradılmasını və onun yüksək keyfiyyətlə, gözəl və funskional həyata keçirilməsini təklif edir. Müxtəlif mütəxəssislərin geniş çeşidli xidmətləri də daxil olmaqla, məkanların təmiri və dekorasiyası ilə bağlı peşəkar xidmətlər təklif edirik. Şirkət artıq 10 ildən çoxdur ki, Bakıda fəaliyyət göstərir. 

Dizayn və üçölçülü modelləşdirmədən tutmuş materialların dəyərinin və yekun smetanın tərtib edilməsi və layihənin bilavasitə həyata keçirilməsinə qədər heç bir vacib və yaxud ikinci dərəcəli detalı gözdən qaçırmayaraq evinizi «sıfırdan» təchiz edirik.

Şirkətimiz geniş və tam çeşiddə xidmətlər təklif edir. Obyektlərin materiallarla təchiz edilməsi müştərilərimizi materialların alınması və keyfiyyəti ilə bağlı qayğılardan azaq etməyə və qənaət etməyə imkan yaradır.

Bunun sayəsində də, vaxtında çatdırılma təmin olunur. Dizaynerlərimiz material seçimi ilə bağlı qaralama işi öz üzərlərinə götürərək müştəriyə yalnızca variantlar arasından seçim etməyi təklif edirlər. Çətin hallar da daxil olmaqla layihələrin koordinasiyasını həyata keçiririk.

Nəyə görə məhz bizi seçirlər

  • Etibarlılıq – 2010-cu ildən bəri fəalliyyət göstəririk. İnşaat lisenziyamız var və gördüyümüz işə zəmanət veririk. 
  • Müddət və plana ciddi riayət olunması – Müddət və dəyər müqavilə əsasında müəyyən edilir və təmir prosesi boyunca dəyişməz olaraq qalır. 
  • Ən yaxşı ustalar – Komandamızın üzvü olan hər bir usta 10 ildən çox iş təcrübəsinə sahibdir. Ciddi seçim. Hər mərhələdə işə nəzarət. 
  • Bütün qaydalara əməl olunması – Layihə rəhbərləri, menecerlər, inşaat mühəndisləri, şirkətimizin nəzarət və təftiş bölmələrinin əməkdaşları tikinti sahəsi üzrə müvafiq təhsilə və istənilən çətinlikdə olan layihələrin həyata keçirilməsi ilə bağlı yüksək təcrübəyə malikdirlər. 
  • Bütün materialları seçməyə kömək edirik – Tikinti materialları təchizatçıları ilə uzun müddətli müqavilələr imzalanmışdır. Bunun sayəsində də materialların dəyəri 5-15 % daha ucuz başa gələcəkdir.

«SI Bureau» şirkətinin missiyası

Şirkətimizin missiyası insanların həyatını yaxşılığa doğru dəyişmək, yüksək keyfiyyətli xidmət və innovasiyaya əsaslanaraq inkişaf etmiş infrastrukturlu, keyfiyyətli, rahat və əlçatan mənzil yaratmaqdır. 

Şirkətin dəyərləri

İddiallıq və proaktivlik 
Yeni həll yolları təklif edərək müştərilərimizin ehtiyaclarını formalaşdıraraq və onları məlumatlandıraraq daha yüksək səviyyədə olmağa çalışırıq. Siyasi və iqtisadi tendensiyaları təhlil edir, şirkətin etibarlılığını və rəqabət bacarığını artırmaq üçün təşəbbüslər irəli sürür və dəyişiklikləri idarə edirik. 

Təkmilləşməyə can atmaq
Bu xüsusiyyətimiz özünü bütün cari və planlaşdırılan öhdəliklər (hüquqi, iqtisadi və sosial) üzrə məsuliyyətimizdə, qüsursuz tikinti və xidmət keyfiyyətində, fəalliyyətimizin effektivliyini artırmaq üçün texnoloji və biznes proseslərinin daim modernləşdirilməsində biruzə verir. 

Komanda işi və səmərəlilik
Ümumi uğur qarşılıqlı hörmət və səmərəli əməkdaşlıqdan asılıdır. Biz komanda olaraq hər kəsin nailiyyətini qiymətləndirir, lakin ümumi məqsədlərin yerinə yetirilməsinin vacibliyini də dərk edirik.

Şirkət haqqında

Salam, xanımlar və cənablar!

«SI Bureau»-ya xoş gəlmişsiniz!

İlk öncə şirkətimizə olan marağınıza görə sizə təşəkkür etmək istərdim. Fürsətdən istifadə edərək uzun illərdir məşğul olduğumuz fəaliyyətdən qısaca bəhs etmək istəyirəm. Müxtəlif mütəxəssislərin geniş çeşidli xidmətləri də daxil olmaqla, məkanların təmiri və dekorasiyası ilə bağlı peşəkar xidmətlər təklif edirik.

Şirkət artıq 10 ildən çoxdur ki, Bakıda fəaliyyət göstərir. Dizayn və üçölçülü modelləşdirmədən tutmuş materialların dəyərinin və yekun smetanın hesablanması və layihənin bilavasitə həyata keçirilməsinə qədər heç bir vacib və yaxud ikinci dərəcəli detalı gözdən qaçırmayaraq mənzilinizi «sıfırdan» təchiz edirik. 

Şirkətin əsas dəyərlərini məhz təcrübəmiz və müştərilərimiz təşkil edir. Biz öz adımızı qiymətləndirir, nüfuzumuzun qeydinə qalır, tərəfdaşlarımıza və sifarişçilərimizə hörmətlə yanaşırıq. Çünki biznesdə yalnız bu şəkildə uzunmüddətli qarşılıqlı münasibət yaratmaq mümkündür. Gələcək əməkdaşlığımıza çox ümid bəsləyirəm. 

Söhrab İbrahimov

Direktor

alt text