close
close

Mənzillərin işıqlandırması

8 May 2020 46 baxış sayı
Paylaş:
  • Mənzillərin işıqlandırması
  • Mənzillərin işıqlandırması
  • Mənzillərin işıqlandırması
  • Mənzillərin işıqlandırması

Digər məqalələr

Mənzillərin işıqlandırması

Mənzillərin işıqlandırma dizaynı

Bakıda heç bir mənzil dizaynı məkanın işıqlandırma dizaynı olmadan keçinə bilməz. İşıq vacib detaldır və onun köməkliyi ilə məkanın çatışmayan cəhətlərini gizlətmək, məkanı genişləndirmək və ümumilikdə rahat mühit yaratmaq mümkündür. Dizaynerlər hər otağın təkrarolunmaz tərzini tapmağa çalışaraq işıqlandırma dizaynının imkanlarından fəal istifadə edirlər.

Mənzildə müxtəlif məkanları necə işıqlandırmaq lazımdır?

Dəhliz. Bir qayda olaraq, mənzillərimizin əksəriyyətində dəhlizlər dar və kiçikdir. İşığın köməkliyi ilə bütün bu çatışmazlıqları aradan qaldırmaq olar. Parlaq işığı divarlara yönəldərək dar dəhlizi genişləndirmək mümkündür. Qeyri-düzgün formaya malik dəhlizdə müxtəlif künclərdə işıqlandırma təşkil etmək və köməkçi işıqlandırma ilə tamamlamaq olar. 

Qonaq otağı. Bu axşamlar bütün ailənin toplaşdığı və qonaqların qəbul edildiyi yerdir. Qonaq otağında mütləq şəkildə ümumi işıq mənbəyi, yəni parlaq lampaları olan böyük çılçıraq olmalıdır. Bununla belə, oxumaq, toxumaq və məişət işləri ilə məşğul olmaq rahat olan divan və yaxud kresloların yanında işıqlanmaya xüsusi diqqət yetirmək lazımdır. Ev kinoteatrı olduğu halda isə onun yanında yüngül işıq mənbələri (döşəmədə, yaxud divarda) quraşdırılır. 

Hamam otağı. Bu müəyyən funksional yükü olan bir məkandır. Və işıq, müvafiq olaraq, burada da olduqca funksional olmalı, insana yönəldilməlidir. Burada ümumi və yerli (məsələn, güzgünün yanında) işıqlandırmadan istifadə etmək olar. Halogen və yaxud gün işığı lampalar quraşdırmaq, sudan qorumaq və işığın bərabər şəkildə yayılması üçün mütləq plafonlardan istifadə etmək daha məsləhətlidir. 

Mətbəx. Burada zonalı işıqlandırmadan istifadə etmək ən yaxşısıdır: iş görülən hissənin və yemək masasının üstündə. Lampaları mebelin içərisində yerləşdirmək, həmçinin tavan və yaxud divar lampalarından da istifadə etmək olar.
Yataq otağı. Bu işığın bərabər şəkildə paylanmalı olduğu bir otaqdır. Otağın bir hissəsini işıqlandırmaq, digər hissəsini isə alaqaranlıq saxlamaq lazım deyil. Ümumi və yerli işıq mənbələrindən istifadə edin. Yəni, böyük bir çilçıraq asın və yatağın yanında masa lampası qoyun.