close
close

Mənzildə minimalizm

5 Aprel 2020 628 baxış sayı
Paylaş:
  • Mənzildə minimalizm
  • Mənzildə minimalizm
  • Mənzildə minimalizm
  • Mənzildə minimalizm

Digər məqalələr

Mənzildə minimalizm

Mənzildə minimalizm

Mənzil təmiri bu gün olduqca geniş yayılıb, çünki müasir insan üçün öz rahat «yuvasını» yaratması çox vacibdir. Bəzən mənzili artıq olan hər şeydən azad etmək və onu mümkün ola bildiyi qədər funksional və yaşayış üçün rahat etmək istəyi yaranır. Artıq və lazımsız tullantılar, daima toz toplayan müxtəlif əşyaların yığını, bütün bunlardan yaxa qurtara bilərsiniz və hətta lazımdır. Ənənəvi yapon üslubu olan minimalizm bütün bu problemlərin öhdəsindən gəlməyə mükəmməl kömək edəcəkdir.

Bənzər bir üslubda hazırlanmış mənzilin interyeri, çox vaxt arakəsmələr və bəzi xırda detallar olmayan zonaların dəqiq müəyyənləşdirilməsini nəzərdə tutur və zonaların özləri zərif şəkildə birindən digərinə keçir. Zonalaşdırma yarışəffaf sürüşən arakəsmələr, müxtəlif döşəmə örtükləri və yaxud hətta işıqlandırmadan istifadə edilərək həyata keçirilə bilər. Belə bir mənzildə bar masasından “çəpər” olaraq istifadə edərək mətbəxi qonaq otağı ilə birləşdirmək, yataq otağını isə arakəsmə ilə ayırmaq mümkündür. 

Pəncərələrin də dekorasiyası əhəmiyyətli rola malikdir, axı, pəncərələrin mümkün qədər çox günəş işığı buraxmasını istəyirik. Bu halda, mənzilin yerləşmə xüsusiyyətləri imkan verirsə, pərdələrdən tamamilə imtina etmək, yaxud da pastel rənglərdə işıq keçirən materialdan istifadə etmək olar. Minimum sayda olan mebellər maksimum sayda vəzifəni yerinə yetirməlidir. Beləliklə, yatağı kürsüdə gizlədə, masanı isə şkafa qatlaya bilərik. Mebel transformatorları məhz bunun üçün icad edilib. 

İnteryerin dekorasiyası daha çox ağac, kərpic, mantar, daş və s. kimi kobud təbii materiallar ilə həyata keçirilir. Divarların dekorasiyasında heç bir şəkildə interyeri yükləməyən, əksinə zonaların düzgün qarşılıqlı əlaqəsini vurğulayan suvaqlara və yaxud boyaya uyğun divar kağızlarına üstünlük verilir.  Minimalizmdə rəng gamması olaraq adətən iki təzadlı rəng çıxış edir ki, bunlar da birləşərək lazımi uyğunluğu yaradır. 

Həmçinin mənzilin kiçik bəzək elementləri ilə doldurulması ilə bütün səylərinizi sıfıra endirə biləcəyinizi də unutmayın. Axı, hər şey öz qədərində yaxşıdır. Minimalizmin sərtliyi rahatlamağa və aktual problemləri unutmağa imkan yaradacaq.