close
close

Loft tərzində təmir

15 May 2020 172 baxış sayı
Paylaş:
  • Loft tərzində təmir
  • Loft tərzində təmir
  • Loft tərzində təmir
  • Loft tərzində təmir

Digər məqalələr

Loft tərzində təmir

Loft tərzində təmir

Yeni mənzil sahibləri, bir çox hallarda yeni tikilmiş binalarda mənzillərini təmir edərkən onu xüsusi etməyə çalışırlar. Bununla əlaqədar olaraq, müəyyən tərzdə hazırlanan interyerlər getdikcə daha da çoxalır. Bunlar sırasında ən qeyri-adi olanlardan biri də loft tərzidir.

Loft, 1940-cı illərdə Amerika qitəsində, çox sayda sənaye binası, anbar və fabrik mənzil olaraq istifadə edildiyi zaman yaranmışdır. Əlbəttə, burada heç bir kosmetik təmirdən söz gedə bilməzdi və o dövrün mənzilləri sənaye elementləri ilə doldurulmuşdu: borular, çılpaq daş divarlar, alətlər, havalandırma sistemlərinin dəmir barmaqlıqları və s. Bununla yanaşı, boş məkan çox, mebel az idi.

O dövrdə bu adi zəhmətkeş üçün tanış mənzərə idi. Bu gün isə loft bir həyat tərzi və hər hansı bir standartlardan imtinadır. 

Yalnız loft tərzində mənzillərin bir neçə xüsusiyyətləri var:

  • Əlavə konstruksiyalı yüksək tavanlar. Heç də hər mənzil sahibi əhəmiyyətli dərəcədə hündür olan tavan ilə öyünə bilməz, ancaq loft üslubu üçün bu vacib şərtlərdən biridir.
  • Açıq planlaşdırma. Bu gün loft tərzində olan mənzillər ilə bir çox ortaq cəhətə malik olan studiya tipli mənzillərə rast gəlmək mümkündür: otaqlar arasında bölünmə yoxdur və yaşayış sahəsi arakəsmələr və mebel elementləri ilə zonalanır.
  • Loft tərzi mebeldə və müasir texnologiyada öz ifadəsini tapan yüksək texnoloji üslubla vəhdət təşkil edir.
  • Məkanda çox miqdarda təbii işıqdan yararlanmaq. Buna böyük, demək olar ki, bütün divar boyu pəncərələrin yerləşdirilməsi və çox az sayda pərdələrdən istifadə edilməsi ilə nail olunur. 
  • Kərpicdən hazırlanmış divarlar, çıxan borular, geniş konstruksiyalar, batareyalar və s.
  • Qeyri-standart lampalar, çilçıraqlar və heykəllər rastlaşa biləcəyiniz nümunələrdəndir. 
  • İkinci mərtəbənin təşkili. Çox vaxt yüksək tavanlar yataq otağı zonasının və ya ofisin yerləşə biləcəyi başqa bir mərtəbə quraşdırmağa imkan verir.
  • Loft tərzində rəng seçimi olduqda məhduddur: ağ, qəhvəyi, kərpic rəngi və digər çalarlardan tez-tez istifadə olunur.